Məşhur proqram smartfonlardan silinir

Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar.

Məşhur proqram smartfonlardan silinir

Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar.

Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır.

Baş verənlərin səbəbi Snapchat-ın sahibi və rəhbəri Evan Şpigelin hələ 2015-ci ildə yaydığı açıqlamadır. Həmin açıqlamanı srağagün "Variety" dərc edib və böyük qalmaqal da bundan sonra başlanıb.

Şpigel: "Hindistan, və ya İspaniya kimi yoxsul ölkələrdə genişlənmək niyyətində deyilik" deyə bildirmişdi.

Hazırda Snapchat-ın 100 milyondan artıq aktiv istifadəçisi var.

 Mənbə: Milli.az 



Әlaqәli Xәbәrlәr