Belçikada şokoladın “3D” printerdə istehsalına başlanılıb

Belçikanın “Miam Factory” şirkəti üçölçülü (3D) printerdə istehsal olunan şokoladların buraxılışına başlayıb.

Belçikada şokoladın “3D” printerdə istehsalına başlanılıb

Şokolad fiqurları bir dəfə aparatdan keçməklə 0,2 millimetr ölçüsündə laylar şəklində hazırlanır.

Şokolad şirniyyatlarının “3D” printerdə istehsal texnologiyasını qida sənayesi sahəsində müxtəlif innovasiyalara imza atan Lej Universitetinin mütəxəssisləri kəşf ediblər. “3D” qənnadıçılar xüsusi sifariş əsasında konfetlər üzərində oymalar, yazılar və ya xüsusi formalı konfetlər istehsal edə bilirlər.

İstehsal prosesinin müddəti şokoladın fiqurundan asılı olaraq 10 dəqiqə və 3 saat arasında dəyişir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, şirniyyat hazır olandan dərhal sonra istifadəyə yararlı hesab edilir.

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr