''Google''- dan yenilik

"Google" şirkəti tərəfindən hazırlanmış “Family Link” mobil proqramı valideynlərə övladlarının “Android” smartfonlarından istifadə etmələrini nəzarətdə saxlamağa imkan verəcək. Yeni xidmət “Google”un bloqunda təsvir olunub.

''Google''- dan yenilik

“Family Link” mobil proqramı üç əsas funksiyadan ibarətdir. Birinci funksiya uşaqlara yalnız valideynlərin razılığı əsasında proqramları yükləməyə imkan verir. İkinci funksiya vasitəsilə uşaqlar tərəfindən açılmış proqramlar izlənilir, həmçinin müxtəlif proqramlardan istifadə vaxtı üzrə günlük, həftəlik və aylıq statistika tərtib olunur. “Family Link” tətbiqinin köməyi ilə uşağın istifadə etdiyi qurğunu müəyyən saatlar üzrə bloklamaq olar.

Hazırda “Family Link” mobil tətbiqi yoxlama mərhələsindədir. Proqram yalnız ABŞ-da işləyir və onu satın almaq üçün 13 yaşadək uşağı olan valideynlər xüsusi saytda sifariş verməlidirlər. Bundan əlavə, bu proqramın işləməsi üçün uşağın smartfonu “Android 7.0 Nougat” sisteminin idarəetməsi altında, valideynin qurğusu isə “Android 4.4 KitKat” və daha yuxarı versiyalarla işləməlidir.

 

Mәnbә:AZӘRTAC



Әlaqәli Xәbәrlәr