Rabatda yerləşən mərkəzi qərargahda Türkiyənin bayrağı da dalğalandı

Türkiyənin bayrağı İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı ISESCO-da da öz yerini tutdu.

Rabatda yerləşən mərkəzi qərargahda Türkiyənin bayrağı da dalğalandı

Türkiyənin bayrağı İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı ISESCO-da da öz yerini tutdu.

Türkiyənin İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO) qoşulması münasibəti ilə Mərakeşin paytaxtı Rabatda yerləşən mərkəzi qərargahında Türkiyənin bayrağı digər üzv bayraqlarının arasında yer alıb.

Türkiyənin Rabat səfiri Ethem Barkan Öz və ISESCO-nun baş katibi Dr. Əbdüləziz Osmanının Türkiyənin bayrağının asıldığı mərasimdə Mərakeşdə səfərdə olan Türkiyə Maarif Fondunun üzvləri Dr. Mustafa Göksu və Əhmə Türkben də iştirak edib.

Türkiyə bazar ertəsi günü ISESCO-ya qatılacağını bildirmişdi.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində 25-28 yanvar 1981 tarixləri arasında təşkil edilən III İslam Sammiti Konfransı rəsmən qurulan ISESCO İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xüsusiləşmiş mütəxəssis təşkilatları arasındadır. İslam ölkələri arasında təhsil, elm və mədəniyyət sahəsində iş birliyini təşkil edən təşkilatın İƏT-dən müstəqil başçısı və ayrı büdcəsi var.

Üzv ölkələr arasında dialoqu inkişaf etdirici fəaliyyətləri olan ISESCO həmçinin qeyri-hökumət təşkilatları ilə əlaqələri nizamlayaraq,  mədəniyyət sahəsindəki əlaqələri  gücləndirir.

İƏT-yə 57 üzvündən 53-nün qatıldığı ISESCO təhsil, elm və mədəniyyət tədbirləri ilə yanaşı müxtəlif ölkələrdə çox sayda əsər nəşr etdirərək, İslami əsərlərin inkişafına töhfə verir.



Әlaqәli Xәbәrlәr