Bu ölkәdә üç ildir bu xәstәliyә rast gәlinmәyib

Efiopiyada uşaq iflicinin yayılmasının qarşısının alındığı və ölkədə 3 ildir bu xəstəliyә rast gәlinmәdiyi  qeyd olunub.

597402
Bu ölkәdә üç ildir bu xәstәliyә rast gәlinmәyib

Efiopiyanın  rəsmi ENA  agentliyinin  yaydığı  xəbərdə Səhiyyə naziri Kesetebirhan Admasu Dünya Uşaq İflici Günü münasibətilə keçirilən tədbirdə Efiopiyada donor ölkələr və səhiyyə sektorundakı müxtəlif şirkətlərlə lazımi tədbirlər görülәrәk  iflicin yayılmasının qarşısının alındığını, xəstəliyə səbəb olan virusdan qorunmaq məqsədilə tətbiq olunan səhiyyə siyasəti nəticəsində ölkədə  uşaq  iflicinә rast gәlinmәdiyini  bildirib.

 Xəstəliyin qarşısının alınması üçün cəmiyyətin virus barədə məlumatlandırıldığını deyәn  Admasu  anaları dekabr ayında başlayacaq peyvənd kampaniyasına qarşı  həssas olmağa çağırıb.



Әlaqәli Xәbәrlәr