Peruda altı min yaşı olan indiqo boyası ilə boyanmış dünyanın ən qədim parçası aşkar olundu

Beynəlxalq alimlər qrupu Perunun şimal sahillərində altı min yaşı olan indiqo boyası ilə boyanmış dünyanın ən qədim parçasını aşkar ediblər.

578885
Peruda altı min yaşı olan indiqo boyası ilə boyanmış dünyanın ən qədim parçası aşkar olundu

Hazırda bu boyadan cins parçaların hazırlanmasında istifadə edilir.

AZƏRTAC-ın məlumatına görə, parça çirkdən bozardığı üçün alimlər əvvəlcə onun rəngini ayırd edə bilməyiblər. Parça dəfələrlə yuyulduqdan sonra onun göy rənglə boyandığı məlum olub.

Alimlərin sözlərinə görə, kimyəvi analizlərin nəticələri sübut edir ki, boyanın tərkibinə indiqotin və indirubin maddələri daxildir.

Qeyd edək ki, indiyədək yaşı dörd min il olan Misirdə tapılan indiqo boyası ilə boyanmış parça arxeoloji material hesab olunurdu.

 



Әlaqәli Xәbәrlәr