Meksikada doğulan üç valideynli körpǝ 6 aylıq olub

Amerika Birləşmiş Ştatlarında elm xadimlǝri tǝrǝfindǝn dünyada ilk dəfə sınandığı açıqlanan üsulla 6 Apreldə Meksikada doğulan körpənin  vəziyyətinin yaxşı olduğu bildirilib.

578557
Meksikada doğulan üç valideynli  körpǝ 6 aylıq olub

Körpǝ üç nəfərin DNT–dən istifadə olunaraq süni mayalanma vasitəsilə dünyaya  gǝtirilib.

New Scientistin  mǝlumatına  görə, New York Yeni Umut  klinikasının  doğum Mərkəzindən Dr. John Zhang başçılığındakı qrup, “mərkəzi sinir sisteminǝ  təsir edən irsi nörometabolik və mitokondriyal  xəstəlik" olaraq bilinǝn Leigh sindromlu ananın yumurtalıqlarına tibbi müdaxilə edib.

Mütəxəssislərin  açıqlamasına  görǝ  ananın toplanan yumurtalıqlarından ǝldǝ  edilǝn  DNT-nin bir  hissǝsinin  yerinə bir donordǝn  toplanan sağlam DNT-li  yumurtalar yerləşdirib. Beləcə ölümcül genetik xǝstǝlikdǝn  ǝziyyit  çǝkǝn  ananın bətnində körpənin problemsiz inkişafı təmin edilib.

Mübahisəli bir üsulla ilk dəfə ana, ata və yumurta donorundan alınan DNT ilə 6 Apreldə sağlam olaraq dünyaya gələn İordaniyalı cütün körpəsinin, anada  olan Leigh sindromunu daşımadığı tǝsbit  edilib.



Әlaqәli Xәbәrlәr