Tanklar görünməz olacaq.

Türkiyədə, radara düşməyən tekstil məhsulu istehsal olunub.

88218
Tanklar görünməz olacaq.

Türkiyədə, radara düşməyən tekstil məhsulu istehsal olunub.
Mustafa Kamal Universiteti Mühəndislik Fakültəsində Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı tərəfindən dəstəklənən layihə çərçivəsində, hərbi təchizatın radara düşməməsini təmin edəcək tekstil məsulu istehsal olunacaq. Layihənin Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı tərəfindən qəbul edildiyini və 25 min lirə dəstək alındığını bildirən Mühəndislik Fakültəsi Elektron Mühəndisliyi bölməsinin müəllimi dossent Məhərrəm Qaraaslan, layihənin yenilik olduğunu deyib. Layihədə məqsədin hərbi təchizatın radara düşməməsi olduğunu vurğulayan Qara aslan, “Radarlar, cisimləri və onların xüsusiyyətlərini təyin etməyə çalışan cihazlardır. Bu siqnallar geri döndüyündə cisimin xüsusiyyəti ilə əlaqədar həndəsi formada ortaya çıxar. Bizim etdiyimiz işlə bu siqnallar sorulur və geri dönmür. Yeni məhsulun arxa tərəfi tamamilə metal, ön tərəfində isə fərqli formada həndəsi şəkildə metallardan istifadə edilib” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr