Avropa İttifaqı İsrailə etirazını bildirdi

Aİ-nin Fələstindəki nümayəndələri Şeyx Cərrah məhəlləsindəki evi üçün təxliyə qərarı verilən Sabbağ ailəsini ziyarət ediblər.

Avropa İttifaqı İsrailə etirazını bildirdi

Avropa İttifaqının (Aİ) işğal altındakı Şərqi Qüds və Ramallahdakı nümayəndəlikləri İsrailin yaşayış məntəqələrinin inşasına dair siyasətləri ilə Şərqi Qüdsdə fələstinlilərə məxsus evlərin boşaldılması ilə bağlı qərarına sərt dillə etirazlarını bildirdilər.

Aİ-nin Fələstindəki nümayəndələri Şeyx Cərrah məhəlləsindəki evi üçün təxliyə qərarı verilən Sabbağ ailəsini ziyarət ediblər.

Ziyarətdən sonra yayılan birgə bəyanatda bildirilib ki, təxliyə qərarı həyata keçiriləcəyi təqdirdə Sabbağ ailəsindən 6-sı uşaq 32 nəfər qaçqın olacaq. Yəhudi yaşayış məntəqələrinin inşası və bu sahələrin genişlədilməsinə dair İsrailin siyasəti beynəlxalq qanunlara ziddir. İsrailin bununla bağlı siyasətini davam etdirməsi məsələnin  sülh yolu ilə həllini və iki dövlətli həll prosesini qeyri-mümkün hala gətirir.

Qeyd edək ki, İsrail rəhbərliyi yanvarın 3-də Şeyx Cərrah məhəlləsində fələstinli 5 ailəyə evlərini 20 gün ərzində təxliyə etmələri üçün təbliğat göndərmişdi.

Qeyri-qanuni məskunlaşdırılmış yəhudilər də ötən illərdə eyni məhəllədə fələstinlilərə məxsus evlərdən bəzilərini müsadirə etmişdi.

Şeyx Cərrah məhəlləsi Şərqi Qüdsdə israilli qeyri-qanuni məskunlaşdırılmış yəhudi qruplar tərəfindən ən çox hədəf götürülən məhələlər arasında yer tutur.  



Әlaqәli Xәbәrlәr