Boqotada terror aktı, çox sayda ölü var

Kolumbiyanın paytaxtı Boqotada həyata keçirilən hücum nəticəsində ilk məlumatlara görə, 8 nəfər həyatını itirib, 30-u yaralanıb.

1128186
Boqotada terror aktı, çox sayda ölü var

Kolumbiya mətbuatının xəbərinə əsasən hadisə General Santander adına Polis akademiyasının önündə  törədilib.

Prezident İvan Duke, sosial media hesabından yaydığı açıqlamada hadisənin terror aktı olduğunu bildirib.

Müdafiə naziri Guillermo Botero da bomba yerləşdirilmiş avtomobilin partladıldığı terror  aktı  nəticəsində  nəticəsində 8 adamın öldüyü və 30 nəfərin yaralandığına dair xəbərləri təsdiqləyib.



Әlaqәli Xәbәrlәr