ABŞ Dünya İqtisadi Forumunda qatılmayacaq

ABŞ nümayəndə heyəti İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcəq.

ABŞ Dünya İqtisadi Forumunda qatılmayacaq

Heyətin iştirak etməyəcəyinə dair qərar hökumətin fəaliyyətlərinin dayandırılması səbəb göstərilib.

Ağ Evin sözçüsü Sara Sanders mövzuyla əlaqədar bəyanat yayıb. O bildirib ki, Prezident Tramp ABŞ nümayəndə heyətinin Davosa səfərini, hökumətin fəaliyyətləri dayandırıldığı üçün ləğv edib.

ABŞ prezidenti Tramp isə ötən həftə , “Tvitter” hesabından nümayəndə heyətinin Davos yığıncağına qatılmayacağını bildirmişdi. Buna “Demokratların, sərhəd və millət təhlükəsizliyi ilə əlaqəli fikir ayrılıqlarını səbəb göstərmişdi.

Qeyd edək ki, Dünya İqtisadi Forumu, 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

 

 



Әlaqәli Xәbәrlәr