Mayk Pompeo Qәtәr Әmiri ilә görüşdü

Bu barәdә  Qәtәrin QNA xәbәr agentliyinin yaydığı mәlumata  bildirilib.

1124827
Mayk Pompeo Qәtәr Әmiri ilә görüşdü

Qәtәr Әmiri Şeyx Tәmim ibn Hәmmad әl Sani ölkәsinә sәfәr edәn Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo ilә regional vә beynәlxalq mәsәlәlәri müzakirә edib.

Bu barәdә  Qәtәrin QNA xәbәr agentliyinin yaydığı mәlumata  bildirilib. Mәlumatda görüşün Dohadakı Әl-Bahr Sarayında baş tutduğu bildirilib.

Görüşdә regional vә beynәlxalq proseslәrlә yanaşı müdafiә, təhlükəsizlik, iqtisadiyyat, ticarət və investisiya sahələrində әmәkdaşlığın güclәndirilmәsi mәsәlәsi gündәmә gәlib.

Mәlumata görә, Şeyx Tәmim görüşdә ABŞ-a Qәtәrdәki Әl-Udeyd hәrbi hava bazasında oynadığı rola vә göstәrdiyi sәylәrә görә tәşәkkür edib.

Görüşdə həmçinin, Körfəz böhranı, Orta Şərqdə sülh prosesi, Fələstin, Əfqanıstan, Suriya və terrorla mübarizə məsələləri müzakirə olunub.

Qətər ilə güclü hərbi əlaqələrə malik olan ABŞ-ın  paytaxt Dohanın 30 kilometr cənub-qərbində yerlәşәn Әl-Udeyd hәrbi hava bazasında 10 mindən çox əsgəri var.

Әl-Udeyd  hәrbi hava bazasında  ABŞ әsgәrlәri ilә yanaşı  ABŞ-ın  rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələri də var.

Qeyd edәk ki, Mayk Pompeo  Qətərdәn sonra Səudiyyə Ərəbistanına sәfәr edib.



Әlaqәli Xәbәrlәr