Nikola Maduro and içdi

Venesuela Prezidenti Nikolas Maduronun andiçmə mərasimi keçirilib.

Nikola Maduro and içdi

Venesuela Prezidenti Nikolas Maduronun andiçmə mərasimi keçirilib.

Venesuela Ali Mәhkәmәsindә baş tutan tәdbirdә bir sıra ölkәlәrin dövlәt başçıları iştirak edib.

Türkiyәni mәrasimdә Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay tәmsil edib.

Mәrasimdә Boliviya prezidenti Xuan Evo Morales, Kubanın dövlәt başçısı Miqel Mario Diaz-Kaner dә iştirak ediblәr.

Nikola Maduro keçirilәn prezidentlik seçkilәrindә tәxminәn 6 milyon sәs toplayıb.

Prezidentlik uğrunda mübarizә aparan  Henri Falkon 1 milyon 820 min, Xavier Bertuçi 925 min, Reinaldo Quijada isә 34 min 614 sәs toplamışdı.

Qeyd edәk ki, Nikola Maduro 2025-ci ilәdәk Venesuela prezidenti vәzifәsini icra edәcәk.



Әlaqәli Xәbәrlәr