Cənubi Koreyada balıqçı gəmisi batdı, ölənlər var

Cənubi Koreyada balıqçı gəmisinin batması nəticəsində 3 nəfər həyatını itirib, iki nəfər itib.

Cənubi Koreyada balıqçı gəmisi batdı, ölənlər var

Yonhap agentliyinin sahil mühafizə qüvvələrinə istinad etdiyi xəbərinə görə qəzaya uğrayan gəminin göyərtəsində 14 nəfər olub. Yokji adasının 80 kilometr yaxınlığında səhər saat 05-də baş verən qəza nəticəsində ölənlərin arasında gəmi kapitanının da olduğu bildirilir.

Cənubi Koreya Baş naziri Lee Nak-Yanın ofisindən yayılan məlumatda bildirilir ki, Lee, itkin düşmüş şəxslər üçün bütün ehtiyatların səfərbər edilməsini, yaralılara lazımlı tibbi xidmətlərin təmin edilməsini istəyib.



Әlaqәli Xәbәrlәr