Aleksis Çipras Afinada sәfәrdә olan Angela Merkal ilә görüşdü

Yunanıstan Baş naziri Aleksis Çipras  Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünün dәstәklәnmәsinin vacibliyini vurğulayıb.

Aleksis Çipras Afinada sәfәrdә olan Angela Merkal ilә görüşdü

 

Yunanıstan Baş naziri Aleksis Çipras  Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünün dәstәklәnmәsinin vacibliyini vurğulayıb.

 

Aleksis Çipras  Afinaya  səfər edən Almaniya kansleri  Angela Merkel ilə keçirdiyi görüşdə Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünün dәstәklәnmәsinin әhәmiyyәtini qeyd edib.

 

Aleksis Çipras deyib:  "Türkiyənin Aİ-na  tam hüquqlu  üzvlüyü həm Türk xalqının xeyrinə olacaq, həm də bölgәdәki sabitliyin bərqərar olması üçün mühümdür’’.

Aleksis Çipras  Angela Merkel ilə Türk-Yunan əlaqələrini və Kıbrıs məsələsindəki son prosesləri  nәzәrdәn keçirdiklərini deyib.

 

Yunanıstan Baş naziri  Kıbrıs probleminә  әdalәtli vә  davamlı hәll yolunun tapılması üçün göstәrilәn sәylәrin dәstәklәnmәsinin vacibliyini vurğulayıb.

 

 Almaniya kansleri Angela  Merkel isə  öz növbәsindә Türkiyə ilə Avropa İttifaqı  arasında qaçqınlara dair imzalanmış müqavilənin  əhəmiyyətindən danışıb.



Әlaqәli Xәbәrlәr