ABŞ əsgərlərinin  suriyadan çıxış prosesi başladı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı bəzi avadanlıqların çıxarılmasına başlandığını bildirib.

1123610
ABŞ əsgərlərinin  suriyadan çıxış prosesi başladı

Pentaqondan adının gizli qalmasını istəyən bir rəsminin mövzu ilə əlaqəli yaydığı məlumatda hərbi texnikaların hansı bölgələrdən çıxarıldığı və hara köçürüldüyünə  toxunulmayıb.

 Amerika CNN telekanalı isə bildirib ki, ABŞ Mərkəz Qüvvələri Komandirliyi Suriyadan hərbçilərin çıxarılması əməliyyatında istifadə ediləcək gəmi və təyyarələr müəyyənləşdirilib.

Qeyd edək ki, Suriyadan çıxma prosesi prezident Trampın 19 Dekabr 2018-də qəbul etdiyi qərarı ilə başlamış  və  həmin qərar ilə bağlı yaranan mübahisələr   nəticəsində  müdafiə naziri Jim Mattis vəzifəsindən   istefa  etmişdir. Mattis istefa etməzdən əvvəl ABŞ ordusundan Suriyadan  əsgərlərin çıxarılması prosesinin başladılmasını istəmişdi.

 



Әlaqәli Xәbәrlәr