ABŞ prezidenti Davos iqtisadi forumunda iştirakdan imtina etdiyini bildirdi

ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən Davosda keçiriləcək iqtisadi foruma səfərini ləğv edib.

ABŞ prezidenti Davos iqtisadi forumunda iştirakdan imtina etdiyini bildirdi

ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən Davosda keçiriləcək iqtisadi foruma səfərini ləğv edib.

Tramp bu barədə özünün "Twitter" səhifəsində  yazıb.

"Demokratlar sərhəd təhlükəsizliyi və ölkəmiz üçün təhlükəsizliyin böyük əhəmiyyətinə görə güzəştə getməməsi səbəbindən, İsveçrənin Davos şəhərinə, Dünyaİqtisadi Forumuna səfərimi ləğv etdim. Səmimi diləklərimi və DİF-dən üzrxahlığımı qəbul edin", - deyə prezident yazıb.

Qeyd edək ki, Meksika sərhədində divar inşası üçün  vəsaitin ayrılmaması nəticəsində federal hökumətin qısmi bağlanmasından 21 gün keçib.

ABŞ Senatı federal hökumətin noyabr ayında keçiriləcək araseçkilər ərəfəsində bağlanmasının qarşısını alacaq 854 milyard dollarlıq büdcə layihəsini sentyabrda təsdiqləmişdi.



Әlaqәli Xәbәrlәr