Bu il İspaniyaya keçәn qeyri-qanuni miqrant sayı rekord sәviyyәyә çatıb

Bu barәdә ölkәnin daxili İşlәr nazirliyi mәlumat yayıb.

1109348
Bu il İspaniyaya keçәn qeyri-qanuni miqrant sayı rekord sәviyyәyә çatıb

Bu il İspaniyaya dәniz yolu ilә 43 mindәn çox qeyri-qanuni  miqrant gedib.

Bu barәdә ölkәnin daxili İşlәr nazirliyi mәlumat yayıb. Mәlumata әsasәn, Bu il İspaniyaya dәniz yolu ilә 43 min 467 qeyri-qanuni miqrant gedib.

Ölkәyә keçәn il dәniz yolu ilә gedәn qeyri-qanuni miqrant sayının 14 min 195 olduğu bildirilәn  mәlumatda builki sayının rekord sәviyyәyә çatdığı vurğulanıb.

Mәlumatda 2006-cı ildә ölkәyә 39 min 180 nizamsız miqrantın daxil olduğu qeyd edilib.

İspaniyanın Seuta vә Melila şәhәrlәrinә isә 2018-ci ilin oktyabr tarixinәdәk  5 min 202 qeyri-qanuni  miqrantın daxil olduğu bildirilir.

Digәr tәrәfdәn Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı bu il İspaniyaya qeyri-qanuni yollarla daxil olan miqrantların 23.5 %-nin  Qvineya, 17.5 %-nin  Mali vә 16.6 %-nin isә Mәrakeş vәtәndaşı olduqları bildirilib.

İspaniyanın cәnubunda yerlәşәn Kataloniya muxtar rәhbәrliyinin başçısı Susana Diaz keçәn hәftә Madriddә xarici mәtbuat nümayәndәlәrinә verdiyi açıqlamada İspaniya hökumәtinin ilin әvvәlindә  2018-ci ildә 40 minәdәk qeyri-qanuni miqrantın ölkә әrazisinә daxil olacağı ilә bağlı Kataloniya muxtar rәhbәrliyinә mәlumat verdiyini söylәmişdi.



Әlaqәli Xәbәrlәr