ABŞ-da silahla ölənlərin sayı 2017-ci ildə ən yüksək həddinə çatıb

Amerika Birləşmiş Ştatlarında fərdi silahlanma artır.

1108638
ABŞ-da silahla ölənlərin sayı 2017-ci ildə ən yüksək həddinə çatıb

  Amerika Birləşmiş Ştatlarında fərdi silahlanma artır. Odlu silah istifadəsinin tarazlığı getdikcə pozulur.

  Fərdi silahlanmanın tez-tez müzakirə edildiyi ABŞ-da silahla ölənlərin sayı 2017-ci ildə ən yüksək həddinə - 40 minə çatıb. Bu, ABŞ-da 1979-cu ildən bəri ortaya çıxan ən yüksək rəqəm sayılır. Ölümlərin 60 faizi intiharlardır: keçən il 24 min nəfər odlu silahla öz həyatına son qoyub.

  Silah Zorakılığına Qarşı Təlim Fondu Xalq Sağlığı Araşdırmaları qurumunun direktoru Adelin Alçin (Adelyn Allch) verdiyi yazılı məlumatda bildirilir: “Silahla keçən il hər gün təxminən 109 adam həyatını itirib. Bu məsələ ilə bağlı həyəcan siqnalı verilməli, hərəkətə keçilməli və silahalmada bəzi müdaxilələr edilməlidir".

  Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında aparılan araşdırmalara görə, amerikalıların təxminən 40 faizi ya fərdi silah sahibidir, ya da yaşadığı evdə bir silah var.



Әlaqәli Xәbәrlәr