Mayk Pompeo: "Səudiyyə  Ərəbistanı onsuz da cavab verdi"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo (Mike Pompeo) jurnalist Camal Xaşoqçi cinayəti ilə əlaqəsi olan Səudiyyə Ərəbistanının 21 vəzifəli şəxsinə tətbiq etdikləri sanksiyaların kifayət olduğunu bildirdi.

1105861
Mayk Pompeo: "Səudiyyə  Ərəbistanı onsuz da cavab verdi"

 
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo (Mike Pompeo)  prezident Donald Tramp rəhbərliyinə yaxınlığı ilə tanınan televiziya kanalı "Fox News"a müsahibəsində Xaşoqçi cinayətinə dair açıqlamalar verdi.
 
 "Fox və dostlar" proqramında Pompenu qonaq edən proqram aparıcısı Eynsli Edhardt (Ainsley Earhardt)  cinayətin vəhşicəsinə işləndiyini və birilərinin buna görə cavab vermək məcburiyyətində olduğunu vurğuladı.
 
 Pompeo cavabında  Xaşoqçi cinayəti ilə əlaqəsi olan Səudiyyə Ərəbistanının 21 vəzifəli şəxsinə tətbiq edilən ABŞ-a giriş qadağasnın və iqtisadi sanksiyaların Səudiyyə Ərəbistanı üçün yetərli bir cəza olduğunu bildirərək: "Səudiyyə  Ərəbistanı onsuz da cavab verdi" ifadəsini işlətdi.
 
 Pompeo bunları söylədi: "Cinayətə həqiqətən qarışan insanlar var və onlara buna görə məsuliyyət daşıdıqlarını bildirdik. Bunu etməyə də davam edəcəyik. Kimsə bu dəhşətli cinayətə ciddi yanaşmır. Amma unutmayın ki, İran Orta Şərqdə sürətlə yayılır. Hər hansı bir fərdin ölümü qorxuncdur, amma Avropa, Orta Şərq, ya da ABŞ-da yüz minlərlə insanın ölümü də dəhşətli bir şeydir. Prezident Tramp ABŞ-ı qorumaqda qərarlıdır".
 
 Pompeo  proqramın digər aparıcısı Brayan  Kilmidin (Brian Kilmeade)  " Salmanın gözlərinin içinə baxanda bunu siz də bilirdiniz, elə deyilmi?" sualını şərh etməkdən çəkindi.
 
 Dövlət katibi Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) vəliəhd şahzadə Məhəmməd ibn Salmanın qətl əmrini verməsi ilə bağlı hesabatına dair suala cavabında isə bir zamanlar rəhbəri olduğu CİA-nın hesabatındakı məlumatları təkzib etdi,  bu məsələ ilə bağlı bəzi hesabatların düzgün olmadığını söylədi.



Әlaqәli Xәbәrlәr