2019-ci ildə 250 min suriyalı qaçqın ölkəsinə qayıda bilər

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının Orta Şərq və Şimali Afrika  üzrə direktoru Amin Avad bu rəqəmin qayıtmalarına mane olan faktların ortadan qaldırıma sürətinə görə arta da azala da biləcəyini bildirib.

1105232
2019-ci ildə 250 min suriyalı qaçqın ölkəsinə qayıda bilər

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının Orta Şərq və Şimali Afrika  üzrə direktoru Amin Avad İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında “Bu rəqəm (qaçqınların ölkələrinə)  qayıtmalarına mane olan faktları ortadan qaldırma sürətimizə görə arta da azala da bilər" ifadəsini işlədib.

 Avad qaçqınların ölkələrinə qayıtmalarının qarşısındakı ən böyük maneənin özlərinə və sahib olduqları mülklərə dair rəsmi sənədləri əldə edə bilməmələri olduğunu deyib.

 BMT rəsmisi “Bu maneələrdən başqa məcburi səfərbərlik çağırışına əməl etmədiyi və yaxud da orduda səf dəyişmək kimi hallara dair əfv məsələləri var" deyə əlavə edib.

 Avad qaçqınların ölkələrinə qayıtmasının təmin olunması üçün Suriyada həm yaşayış, həm də kənd təsərrüfatı sahələrindəki mina və partlamamış sursatların təmizlənməsinin vacibliyini də söyləyib.

“İdlib, o cümlədən bir neçə yer istisna olmaqla hazırda ümumi mənada müharibə sona çatdı. Orada da bildiyiniz kimi (Türkiyə və Rusiya arasında) müzakirə edilmiş atəşkəs və deeskalasiya bölgəsi var"-deyən Avad Suriyedekı vəziyyət yaxşılaşdıqca, qaçqınların bir hissəsinin evlərinə qayıtdığını vurğulayıb.

 Bu il indiyədək suriyalı 37 min qaçqının ölkələrinə qayıtdığını deyən Amin Avad bu adamların getdiyi vilayətlərin başında Dəra, Dəməşq və Homsun yer tutduğunu ifadə edib.

 Suriyalı təxminən 5,6 milyon qaçqının isə hələ də Türkiyə, İordaniya, Livan, İraq və Misirdə yaşadığını qeyd edən BMT rəsmisi bu rəqəmə xaricdə doğulan suriyalı 1 milyon uşağın da daxil olduğunu bildirib.

 Sözügedən uşaqların doğum sənədləri Dəməşq rejimi tərəfindən də tanınmışdı.

 Digər tərəfdən, BMT milyonlarla qaçqını qəbul edən Türkiyə, İordaniya, Livan, İraq və Misirə maliyyə dəstək təmin edilməsi məqsədilə 5,5 milyard dollar ianə toplanmasının vacibliyini də dilə gətirib.

 BMT "Regional Qaçqın və Tədbirlər Planı" çərçivəsində toplanması qarşıya qoyulan ianəyə böyük nisbətdə suriyalı qaçqınlara səhiyyə xidməti, su, ərzaq və təhsil dəstəyi verilməsi üçün ehtiyac olduğunu bildirib.

 Plan daxilində ediləcək yardımdan ev sahibi ölkələrin Suriya böhranından təsirlənən vətəndaşları da istifadə edəcək.

 Bu çərçivədə 3,9 milyon insan olduğu açıqlanıb.

 Bəhs edilən ölkələrin Suriya böhranının əvvəlindən bəri geniş kütlələr halında olan qaçqınları qəbul edərək "inanılmaz bir comərdlik" göstərdiyi bildirilən BMT açıqlamasında bu vəziyyətin ev sahibi ölkələrin dövlət xidmətləri və "inkişafları" baxımından da yük gətirdiyi ifadə edilib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının Orta Şərq və Şimali Afrika  üzrə direktoru Amin Avad bu ölkələrdəki Suriyalıların vəziyyəti haqqında “Sürgündə qaldıqları müddət artıqca şərtlər pisləşdi. Aldıqları borclarla yaşayırlar və 70-80 faizi aclıq həddinin aşağısında yaşayır" deyib.



Әlaqәli Xәbәrlәr