UNİFİL Livan-İsrail sərhədində tunellərlə bağlı iddiaları araşdıracaq

BMT-nin Livanda Müvəqqəti Qüvvələrinin (UNİFİL) Livan-İsrail sərhədində Hizbullaha məxsus tunellər olduğuna dair iddiaları araşdırmaq məqsədilə İsrailə heyət göndərəcəyi bildirilib.

İki ölkənin sərhədində yerləşən Rasun-Nakura bölgəsində Livan və İsrail ordusundan rəsmilər ilə UNİFİL komandanı general Stefano Del Col arasında keçirilən üçlü yığıncaqdan sonra UNİFİL tərəfindən verilən açıqlamada qeyd edilib ki, keçirilən növbəti toplantıda İsrailin sərhəd bölgəsindəki tunelləri araşdırma mövzusu müzakirə olundu. Həmin tunelləri araşdırmaq məqsədilə bu gün UNİFİL-dən bir heyət bu gün İsrailə gedəcək.

Açıqlamada UNİFİL-in Livan və İsrailin ordu səlahiyyətliləri ilə keçirdiyi üçlü yığıncaqla yanaşı tərəflərlə davam etdirdiyi koordinasiya mexanizmlərinin bölgədə yarana biləcək gərginliklərin qarşısını almaq mövzusunda təsirli olduğu dilə gətirilib.

Açıqlamada tərəflər vəziyyətə mənfi təsir edə biləcək  təktərəfli addımlardan imtina etməyə çağrılıb.

Qeyd edək ki, İsrail ordusunun çərşənbə axşamı günü verdiyi açıqlamada ölkənin şimalında Hizbullaha məxsus tunellər olduğu irəli sürülərək, bu tunelləri məhv etmək üçün Livan sərhədində əməliyyata başlandığı bildirilmişdi.

Әlaqәli Xәbәrlәr