İnstitutunun aviasiya bölümündə partlayış oldu, bir alim öldü

Partlayışın səbəbləri araşdırılır.

İnstitutunun aviasiya bölümündə partlayış oldu, bir alim öldü

  Hindistanda Hind Elmi İnstitutunun (İİSC) bir laboratoriyasında baş verən partlayışda bir tədqiqatçı-alim həyatını itirdi, üçü isə ağır yaralandı.

  Hindistan mətbuatında yer alan xəbərlərə görə, Banqalore şəhərindəki elmi institutunun aviasiya və kosmos mühəndisliyi şöbəsindəki aerodinamik laboratoriyasında dekabrın 5-də günorta vaxtı partlayış baş verib.

  Polis hipersonik və şok dalğaları ilə bağlı araşdırmaların aparıldığı laboratoriyadakı iş zamanı hidrogen qazı silindrinin partlaması nəticəsində meydana gəldiyi güman edilən hadisədə bir tədqiqatçının öldüyü, üçünün yaralandığını bildirib.

  Son dərəcə güclü olan və laboratoriyada bütün avadanlığa ziyan vuran partlayış alimi 8 metrə kənara atıb və ölümünə səbəb olub. Bədənində yanıqlar və sınıqlar əmələ gələn digər tədqiqatçılar isə xəstəxanaya aparılıb.  

  Partlayışın səbəbləri araşdırılır.



Әlaqәli Xәbәrlәr