Böyük Britaniya "qızıl viza"nı dondurur

Böyük Britaniya Avropa İttifaqı ölkələrinin sərmayəçi cəlb etmək üçün zəngin iş adamlarına yaşayış icazəsi və vətəndaşlıq haqqı verən "qızıl viza" tətbiqini dondurmağa hazırlaşır.

Böyük Britaniya "qızıl viza"nı dondurur

Böyük Britaniya Avropa İttifaqı ölkələrinin sərmayəçi cəlb etmək üçün zəngin iş adamlarına yaşayış icazəsi və vətəndaşlıq haqqı verən "qızıl viza" tətbiqini dondurmağa hazırlaşır.
 
 London hökuməti "qızıl viza"nın sui-istifadə və kirli pulların yuyulması məqsədilə istifadə edildiyi üçün müvəqqəti olaraq dayandırılacağını, 2019-cu ildən etibarən yeni tənzimləmələrdən sonra yenidən qüvvəyə minəcəyini açıqladı.
 
 Miqrasiya naziri Karolin Nokes (Caroline Nokes) qaydalara uyğun gəlməyən və sistemdən qərəzli məqsədlərlə istifadə edənlərə güzəştə getməyəcəklərini və  "qızıl viza" tətbiqinin 7 dekabr 2018-ci il tarixindən etibarən donduracaqlarını bildirdi. 
 
Nokes yalnız həqiqi sərmayəçilərin miqrasiya hüququndan faydalana biləcəklərini qeyd edərək: "Məhz bu bu səbəbdən yeni tənzimləmələrə ehtiyac olduğunu müəyyən etdik. Yalnız Böyük Britaniya iqtisadiyyatına töhfə vermək niyyətində olanlara qapımız açıqdır" deyə danışdı.
 
 "Qızıl viza" adlanan  "Tier 1" (Təbəqqə1) vizası daha əvvəllər Böyük  Britaniyaya iki milyon funt-sterlinq investisiya qoyan iş adamlarına verilirdi.
 
 Viza sayəsində investorlar 5 il ərzində ölkədə yaşamaq haqqı və "Schengen" ərazisində sərbəst səyahət hüququ əldə edirdi.
 
 2017-ci ildə (xüsusilə, rusiyalı və çinli iş adamları)  təxminən mindən çox müraciət olub.
 
 İyul ayında müraciətlərdə 46% artım müşahidə edilib, yəni 400-dən çox insan bu tətbiqdən faydalanmaq istəyib.
 
 London hökuməti yeni tənzimləmələrlə yanaşı, əcnəbi zəngin iş adamlarının bank hesablarına əhatəli hesab nəzarət şərti qoyur. Eyni zamanda, viza hər iki ildə bir yenilənməlidir.
 
 Bununla birlikdə, iş adamlarının sərmayə fondu alma səlahiyyəti ləğv olunur, aktiv hesab fəallığı olan və ticarətlə məşğul olan Böyük Britaniya firmaları ilə investisiya şərti gətirilir.
 
 2018-ci ilin əvvəllərində "Chelsea" futbol komandasının sahibi, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan iş adamı Roman Abramoviç "qızıl viza" müraciətini ləğv etmişdi.
 
 Sentyabr ayında Salisburidə törədilən hücumdan sonra Böyük Britaniyada yaşayan 700 Rusiya vətəndaşının yaşayış icazələri araşdırılmağa başlamışdı.
 
Avropa İttifaqı ölkələri 2008-ci ildə baş verən iqtisadi böhrandan sonra son 10 il ərzində "Qızıl viza" tətbiqi ilə 100 min nəfərə yaşayış icazısi verib, 6 min nəfər isə  birbaşa Aİ vətəndaşı olub.



Әlaqәli Xәbәrlәr