ABŞ Kabildә törәdilәn terror aktını qınadı

Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamenti Әfqanıstanın paytaxtı Kabildә törәdilәn terror aktını qınadı.

1092067
ABŞ Kabildә törәdilәn terror aktını qınadı

Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamenti Әfqanıstanın paytaxtı Kabildә törәdilәn terror aktını qınadı.

ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Hezır Noert (Heather Nauert) Kabildә Mövlud günü münasibәtilә keçirilәn tәdbirdә törәdilәn terror aktı ilә bağlı bәyanat verib.

Bәyanatda deyilir: ‘‘Törәdilәn terror aktını qınayırıq. Mövlud günündә törәdilәn bu xain hücum Әfqanıstanda zorakılıq hadisәlәrini davam etdirәnlәrin qorxaqlığını vә amansızlığını  bir daha sübut etmişdir’’.

Hücum nәticәsindә hәlak olanların ailәlәrinә başsağlığı, xәsarәt alanlara şәfa dilәyәn Hezır Noert ABŞ-ın Әfqanıstanda sülhün, tәhlükәsizliyin vә sabitliyin tәmin olunması üçün  Әfqanıstan xalqını dәstәklәmәyә davam edәcәyini bildirib.

Qeyd edәk ki, Kabildә törәdilәn terror aktı nәticәsindә 50 nәfәr hәlak olub, 85 nәfәr dә yaralanıb.



Әlaqәli Xәbәrlәr