"ABŞ-ın Xaşoggi cinayətilə bağlı yekun nəticəyə gəldiyi doğru deyil", H.Nauert

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Heazer Nauert ABŞ-ın səudiyyəli jurnalist Camal Xaşoggi cinayətilə əlaqədar yekun nəticəyə gəlindiyinin doğru olmadığını söyləyib.

1089936

  ABŞ prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Qina Haspelin Xaşoggi cinayəti ilə bağlı birgə görüşündən sonra yazılı bəyanat verilib.

  Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heazer Nauert bilidirib:

  “Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd ibn Salmanın Camal Xaşogginin öldürülməsi əmrini verdiyi nəticəsi son qərar deyil. ABŞ hökuməti Camal Xaşogginin öldürülməsində təqsirli hər kəsdən hesab soruşacaq. ABŞ hökumətinin yekun nəticəyə gəldiyini demək doğru deyil.

  Xaşoggi cinayətinə dair hələ cavablandırmayan çox sual var. ABŞ Dövlət Departamenti məsələ ilə bağlı həqiqətlərin ortaya çıxması üçün digər ölkələrlə birgə işlərə davam edəcək.

  ABŞ hökuməti Xaşoggi cinayətinə adı qarışmış 17 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edib. Bu addımları cinayəti planlaşdıran, hadisəyə rəhbərlik edən və bu işlə əlaqəli olanlardan hesab soruşulacaq. Bütün bunları ABŞ-la Səudiyyə Ərəbistanı arasında mühüm strateji əlaqələri qoruyaraq edəcəyik".

Әlaqәli Xәbәrlәr