Tramp fransızları hirsləndirdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “twitter” sosial şəbəkəsindən fransızları qəzəbləndirən mesaj paylaşıb.

Tramp fransızları hirsləndirdi

   Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “twitter” sosial şəbəkəsindən fransızları qəzəbləndirən bir mesaj paylaşıb. O yazıb: "ABŞ köməyə gəlməzdən əvvəl faşist işğalı altında almanca öyrənməyə çalışırdınız".

  Fransanın paytaxtı Parisdən Birinci Dünya Müharibəsini sona çatdıran sülh müqaviləsinin 100-cü ildönümü münasibətilə keçirilən tədbirdən 12 noyabrda qayıdan D.Tramp sosial mediadan etdiyi paylaşmada ABŞ-a həm hərbi, həm də ticarət məsələsində ədalətli davranılmadığını yazaraq digər ölkələrdə əmin-amanlığı qorumaq üçün yüz milyardlarla dollar xərclədiklərini söyləyib.

  Bu sözlərinin davamı olaraq dünya ölkələrinə səslənən ABŞ prezidenti: "Çox zəngin ölkələrin ABŞ-a hərbi gücü qorumaq üçün pul ödəməsi və ya özlərini özləri qoruması zamanı gəldi”, - deyib.

   Fransa prezidenti Emmanuel Makronun “Avropa ordusu” çağrısını isə elə Parisdə “axmaq hərəkət" adlandıran Tramp ABŞ-a qayıdandan sonra 13 noyabrda etdiyi paylaşmada yazıb:

  “Emmanuel Makron Avropa, ABŞ, Çin və Rusiyaya qarşı qorunmaq üçün öz ordusunu yaratmağı təklif edib. Amma Birinci və İkinci Dünya müharibələrində Avropaya hücum edən Almaniya olmuşdu. Fransa o zaman nə etmişdi? ABŞ xilaskar kimi gəlmədən əvvəl Parisdə almanca öyrənməyə başlamışlar. NATO-ya pul ödəyin, ya da ödəməyin".

  Emmanuelin problemi odur ki, Fransada ona xalqın dəstəyi 26 faizə düşüb. İşsizlik nisbəti də aşağıdır. O, bu məsələləri başqa mövzu ilə dəyişdirmək istəyir. Amma fransız xalqına gəlincə, onlar millətçi və qürurludur, buna haqları da var. Fransanı yenidən böyük edək!”



Әlaqәli Xәbәrlәr