Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

Bu barәdә ölkә rәsmilәri mәlumat yayıb.

1087482
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 50  nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb.

Bu barәdә ölkә rәsmilәri mәlumat yayıb. Onların mәlumatına görә, alov 9 min 200 tikilini, әsasәn dә yaşayış binalarını mәhv edib.

Bölgәyә 5 min 600 yanğınsöndürәnin cәlb olunduğu bildirilir.

Yanğın nәticәsindә mәhv olan tikililәr arasında şotlandiyalı aktyor Cerard Butler (Gerard Butler), müğәnni  Mayli Sayrus (Miley Cyrus), aktyor Skot Bayo (Scott Baio), rejissor Qilyermo del Toro (Guillermo del Toro), Kim Kardaşyan (Kim Kardashian), aktrisa  Alisa Milano (Alyssa Milano) vә Rain Vilsonun  (Rainn Wilson) evlәri dә var.

Qeyd edәk ki, ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan etmişdi.

Qeyd edәk  ki, meşə yanğınları noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hәmin meşә yanğını artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.



Әlaqәli Xәbәrlәr