BMT-dən Yəməndə atəşkəs çağırışı

BMT-nin humanitar məsələlər üzrə səlahiyyətlisi Mark Luqo Lowcott, bütün tərəflərə çağırış edib ki, vətəndaş müharibəsi və humanitar böhranın hökm sürdüyü Yəməndə atəşkəs elan edilsin.

1087474
BMT-dən Yəməndə atəşkəs çağırışı

Mark Luqo Lowcockın yaydığı açıqlamada vurğulanıb ki, ‘tərǝflər beynəlxalq humanitar hüquq normlarına əməl etməlidilər. Humanitar yardımların çatdırılmasında böyük əhəmiyyətə malik olan liman şəhəri Hudayda və ətrafında atəşkəsin bərpası zərurətdir’-deyə vurğulayıb.

Qeyd edək ki, Yəməndə Husilər ilə hökumət qüvvələri arasında üç ildən bəri davam edən qarşıdurmalar nəticəsində minlərlə insan həyatını itirib.

BMT-nin hesabatına görə, dünyanın ən ciddi humanitar böhranlarından birinin hökm sürdüyü Yəməndə 14 milyon insan aclıq və qıtlı təhlükəsiylə pəncələşir. 22 milyondan çox insan isə təcili yardıma möhtacdır. Ölkədə təmiz su təmin etməkdə çətinlik çəkilməsi, qeyri-kafi qidalanma, dava-dərman və tibi ləvazimatların olmaması, başda Xolera olmaqla epidemiya xəstəliklərinin sürətlə yayılmasına gətirib çıxarır.



Әlaqәli Xәbәrlәr