"Avropanın təhlükəsizliyi Türkiyə kimi ölkələr olmadan mümkün deyil"

Berlindəki “German Atlantic Society” qurumunda çıxışı zamanı Y.Stoltenberq Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrin Avropa təhlükəsizliyində mühüm rol oynadığını söyləyərək deyib...

1086452
"Avropanın təhlükəsizliyi Türkiyə kimi ölkələr olmadan mümkün deyil"

  NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Avropanın təhlükəsizliyini terrorla mübarizə məsələsində kilid əhəmiyyətə malik Türkiyə kimi ölkələr olmadan təmin etməyin mümkün olmadığını deyib.

  Berlindəki “German Atlantic Society” qurumunda çıxışı zamanı Y.Stoltenberq Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrin Avropa təhlükəsizliyində mühüm rol oynadığını söyləyərək deyib:

  “Avropanın özünümüdafiə qabiliyyətini inkişafetdirmə səyləri təqdiredicidir. Bu, transatlantik əlaqələri gücləndirəcək şəkildə həyata keçirilərsə, NATO-nu da möhkəmləndirər.

  İngiltərə İttifaqdan ayrıldıqdan sonra NATO-nun müdafiəsinin 80 faizi Aİ üzvü olmayan ölkələrin üzərinə düşür. Məsələn, Türkiyə İraq və Suriyadakı qeyri-sabitliyə qarşı mübarizə aparır. Avropanın təhlükəsizliyini terrorla mübarizə məsələsində kilid əhəmiyyətə malik Türkiyə kimi ölkələr olmadan təmin etmək mümkün deyil.”



Әlaqәli Xәbәrlәr