“Yəməndə dünyadaki ən böyük insanlıq faciəsi yaşanır”, A.Merkel

Almaniya kansleri Angela Merkel Yəməndə dünyadaki ən böyük insanlıq faciəsi yaşandığını bildirdi.

1085790
“Yəməndə dünyadaki ən böyük insanlıq faciəsi yaşanır”, A.Merkel

Almaniya kansleri Angela Merkel Yəməndə dünyadaki ən böyük insanlıq faciəsi yaşandığını bildirdi.

Fransa prezidenti Emmanuel Makronun ev sahibliyində keçirilən Paris Sülh Forumu keçirildi.  

Makronun forumun açılış hissəsində etdiyi çıxışda yaşadıqları dünyada müxtəlif böhranlarla qarşılaşdıqlarını bildirərək, Sülh Forumunu həmin səbəbdən təşkil etmək istədiklərini söylədi.

Foruma qatılan hər kəsə təşəkkür edən Makron məqsədin sülh adına konkret addımlar atmaq və layihələr həyata keçirmək olduğunu vurğuladı.

Almaniya kansleri Angela Merkel də forumda qatıldığına görə məmnunluğunu dilə gətirərək dedi ki, sülh üçün beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Millətçi probləmdən narahatam. Dünyada bir milyard uşaq müasir problemlərin qurbanıdır.

Rusiya prezidenti Vladimir Putin, Makron və prezident Rəcəb Tayyib Ərdoğan ilə keçən ay İstanbulda keçirdikləri zirvə toplantısında Suriya məsələsinə həll yolu tapmağa cəhd göstərdiklərini xatırladan Merkel bu mövzuda siyasi addım atılmasının vacibliyini dilə gətirdi.

Merkel Yəməndəki vəziyyətə də toxunaraq bildirdi ki, Yəməndə dünyadaki ən böyük insanlıq faciəsi yaşanır. Bunun qarşısının alınması  üçün dünya hərəkət keçməlidir. Belə problemlər ancaq həmrəyliklə həllini tapa bilər.

BMT olmadan bu problemlərin həll edilə bilməyəcəyini qeyd edən Merkel BMT-nin fəaliyyətlərini dəstəklədiyini və dəstəkləməkdə davam edəcəyini vurğuladı.



Әlaqәli Xәbәrlәr