Konqoda yük qatarı aşıb, azı 40 nəfər həlak olub

Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən,  hadisə ölkənin şərqində yerləşən Kindu və Kamina şəhərləri arasında baş verib.

1086069
Konqoda yük qatarı aşıb, azı 40 nəfər həlak olub

Konqoda yük qatarının relsdən çıxması nəticəsində azı 40 nəfər həlak olub.

Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən,  hadisə ölkənin şərqində yerləşən Kindu və Kamina şəhərləri arasında baş verib.  

Qəza nəticəsində çoxlu sayda insan yaralanıb. Ölənlərin və yaralıların sayının çox olmasına səbəb kimi insanların qatara qanunsuz minməsi göstərilir.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, 2017-ci ilin noyabrın 13-də də Konqoda baş verən oxşar qatar qəzasında 35 nəfər ölmüşdü.



Әlaqәli Xәbәrlәr