Şimali Koreya Pompeo-Kyunq-vhanın görüşünü lәğv edib

Şimali Koreay Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo ilә Şimali Koreyanın yüksәk sәviyyәli rәsmisi arasında bu hәftә keçirilmәsi planlaşdırılan görüşü lәğv edib.

Şimali Koreya Pompeo-Kyunq-vhanın görüşünü lәğv edib

Şimali Koreya Amerika Birlәşmiş Ştatlarının Dövlәt katibi Mayk Pompeo ilә Şimali Koreyanın yüksәk sәviyyәli rәsmisi arasında bu hәftә keçirilmәsi planlaşdırılan görüşü lәğv edib.

Cәnubi Koreyanın Xarici İşlәr naziri Kanq Kyunq-vha Pxenyan rәhbәrliyinin Vaşinqtona ABŞ prezidenti Donald Tramp ilә Şimali Koreya lideri Kim Çen In arasında ikinci görüşün keçirilmәsinin  vә Şimali Koreyanın nüvә silahlardan təmizlәnmәsinin müzakirә olunacağı görüşün lәğv edildiyini bildirdiyini açıqlayıb.

Kanq Kyunq Şimali Koreyanın Nyu-Yorkda keçirilmәsi planlaşdırılan görüşdәn nә sәbәblә imtina etdiyi ilә bağlı mәlumat vermәyib.

ABŞ prezidenti Donald Tramp Ağ Evdә jurnalistlәrә verdiyi açıqlamada Mayk Pompeo vә Şimali Koreya Mәrkәzi Komitәsinin vitse-prezidenti Kim Yonq Çol  arasında keçirilmәsi planlaşdırılan  görüşün yenidәn planlaşdırıla bilәcәyini ifadә edib.

ABŞ dövlәt katibi Mayk Pompeo vә  Şimali Koreya Mərkəzi Komitəsinin vitse-prezidenti Kim Yong Çolun  bu gün Nyu-Yorkda bir araya gəlməsi planlaşdırılmışdı.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp vә Şimali Koreya lideri Kim Çen Inın iyun ayında Sinqapurda keçirdiyi görüşdә Koreya yarımadasının nüvә silahlardan tәmizlәnmәsi, ABŞ vә Şimali Koreya arasındakı münasibәtlәr, yarımadada sülhün tәmin olunması kimi mәsәlәlәr gündәmә gәlmişdi.



Әlaqәli Xәbәrlәr