Baş nazirə sui-qəsd hazırlayan şəxs saxlanıldı

Saxlanılan 63 yaşlı kişi mühafizəçi işləyib və silah üçün lisenziyası olub.

Baş nazirə sui-qəsd hazırlayan şəxs saxlanıldı

İspaniya hökumətinin başçısı Pedro Sançesə sui-qəsd planlaşdıran adam Kataloniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı.

Saxlanılan 63 yaşlı kişi mühafizəçi işləyib və silah üçün lisenziyası olub. 

İspaniya mətbuatının məlumatına görə, sui-qəsdin səbəbi hökumətin diktator Fransisko Frankonun qalıqlarını ekskumasiya etmək istəməsi olub. 

Saxlanılan şəxsin evində aparılan axtarış zamanı 16 ədəd silah, o cümlədən avtomat və snayper tüfəngi tapılıb. 



Әlaqәli Xәbәrlәr