"İranın neft ticarətinə qarşı sanksiyaları tədricən həyata keçirəcəyik ", D.Tramp

ABŞ prezidenti Donald Tramp İranın neft ticarətinə qarşı sanksiyaları tədricən həyata keçirəcəklərini və dünyada neft qiymətlərinin yüksəlməsini istəmədiyini deyib.

1082182

Ağ Evdə İran sanksiyalarına dair açıqlama verən Tramp sanksiyalarla İranın neft ixracı məsələsini bir-birindən ayrı qiymətləndirdiyini vurğulayıb.

 İrana qarşı çox güclü və sərt bir mövqedə olduqlarını bildirən Tramp “İrana qarşı bu günə qədərki ən güclü sanksiyaları tətbiq etmişik, ancaq neft məsələsində bir az yavaş hərəkət etmək istəyirik, dünyada neft qiymətlərinin yüksəlməsini istəmirəm” deyib.

Digər tərəfdən ABŞ Dövlət katibi Mayk Pompeo İrana tətbiq edilən sanksiyalarla əlaqəli özünün “twitter” səhifəsində yazıb ki, ABŞ İran xalqı ilə həmrəylik içərisindədir. 40 ilə yaxın zamandır iqtisadiyyatın səhv idarəsi və qanuna zidd hərəkətlərin mənfi nəticələrilə ən çox İran xalqı qarşı-qarşıya qalıb. İran rejiminin söylədiklərinin əksinə sanksiyalar qida, kənd təsərrüfatı, dərman və tibbi avadanlıqların satın alınmasını əhatə etmir.

Qeyd edək ki, ABŞ dünən 2015-ci ildə imzalanan nüvə proqramına dair müqavilə ilə son qoyulan İrana sanksiyaların enerji, maliyyə və gəmi nəqliyyatı sektorlarını əhatə edən ikinci hissəsini yenidən tətbiq etməyə başladı.

Әlaqәli Xәbәrlәr