Sergey Lavrov Camal Qaşıqçı hadisəsindən danışdı

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanı jurnalisiti Camal Qaşıqçının itkin düşməsinə dair istintaqın ən qısa zamanda aparılmasının vacibliyini qeyd etdi.

Sergey Lavrov Camal Qaşıqçı hadisəsindən danışdı

 Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Euronews" televiziya kanalına verdiyi müsahibədə Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra qeyb olan Səudiyyə jurnalist Camal Qaşıqçı hadisəsinə münasibət bildirdi.
 
 Hadisəyə dair istintaqın ən qısa zamanda aparılmasının vacibliyindən danışan Lavrov: "Bu  çağırışları mən də dəstəkləyirəm. İstintaqın aparılması ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanı arasında əldə olunmuş razılaşmanı məmnuniyyətlə qarşılayırıq. Nəticələrin dünya ictimaiyyəti ilə bölüşüləcəyinə ümid edirəm" ifadələrini işlətdi.
 
 Səudiyyə islahatçıları üçün mühüm platforma olan "Al Watan"  və  "Washington Post" qəzetlərinə yazılar yazan Camal Qaşıqçıdan 2 oktyabrda rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedəndən sonra bir daha xəbər alınmayıb.



Әlaqәli Xәbәrlәr