Yunanıstan Almaniyadan təzminat tələb edir

Almaniya Dövlət Aparatı (hökumət) sözçüsü Steffen Seibert Yunanıstanın İkinci Dünya Müharibəsində faşistlərin səbəb olduğu ziyanla bağlı təzminat məsələsinə həm hüquqi, həm də siyasi olaraq baxıldığını söyləyib.

  Paytaxt Berlində təşkil edilən mətbuat konfransında S.Seibert Yunanıstanın Almaniyadan təzminat tələbilə bağlı mediada yer alan xəbərlərlə bağlı suala cavab verərək deyib:

  “Məsələ daha əvvəl də gündəmə gəlib. Almaniyanın təzminat ödəməsi ilə bağlı məsələ həm hüquqi, həm də siyasi olaraq yekunlaşıb. Bizim mövqeyimizdə dəyişiklik yoxdur. Yunanıstan hökumətinin də bu barədə rəsmi təşəbbüsü yoxdur.”

  Qeyd edək ki, Almaniyanın “Bild” qəzetində yer alan xəbərlərdə Yunanıstan parlamentinin bu məsələdə bir hesabat hazırladığı bildirilərək ölkənin Almaniyadan təxminən 376 milyard avro təzminat istədiyi yazılır. Xəbərdə o da qeyd olunur ki, məsələ Almaniya prezidenti Frank-Uolter Steinmeierin yaxında bu ölkəyə səfəri çərçivəsində Yunanıstan rəsmiləri tərəfində müstəviyə çıxarılacaq. Yunanıstan parlamenti Təzminat Komissiyasının sədri Triantafyllos Mitafides "Hesabatımız və təzminatla bağlı ümumi məbləğ spekulyasiya və ehtimallara deyil, rəsmi sənədlərə əsaslanır" deyib.

Әlaqәli Xәbәrlәr