Fransa süni qaralmanın əleyhinə çıxan qərara hazırlaşır

Ölkədə son illər mübahisə mövzusu olan süni qaralmağa dair bəyanat yayan ANSES bildirib...

Fransa süni qaralmanın əleyhinə çıxan qərara hazırlaşır

  Fransa Səhiyyə Nazirliyinə bağlı Milli Gigiyena Təhlükəsizliyi Agentliyi (ANSES) xalqın sağlamlığının qorunması və xərçənglə mübarizə çərçivəsində solyariumların bağlanılması və süni qaralma cihazlarının satışının qadağan edilməsinə çağırıb.

  Ölkədə son illər mübahisə mövzusu olan süni qaralmağa dair bəyanat yayan ANSES bildirib:

  “Xalqın sağlamlığının qayğısına qalmaq və xərçənglə mübarizə aparmaq üçün hər cür zərərli UV şüalarından qorunmaq və süni qaralmanı təmin edən tədbirləri ləğv etmək üçün bu məqsədlə satılan avadanlıqların satışını qadağan etməyə çağırıram.”

  Qeyd edək ki, estetik məqsəd və süni yolla qaralmanı qadağan edən bu sözlərdən sonra ölkədəki solyarium yerləri məsələsi gündəmə gəlib. Bənzər fikir Fransada 2014-cü ildə də gündəmə gəlmiş və senat solyarium yerlərinin bağlanılmasına razılıq vermişdi. Dövrün Səhiyyə naziri Marisol Touren (Touraine) tənzimləmənin Milli Məclisdə səsverməyə çıxarılaraq qüvvəyə minməsi işləri zamanı qərarı dəyişdirərək qanun layihəsinin səsverməyə çıxarılmasını əngəlləmişdi.



Әlaqәli Xәbәrlәr