Boko Haram qruplaşmasına ağır zәrbәlәr endirilib

Nigeriya ordusundan verilәn mәlumata görә,  ölkәnin Borno әyalәtinin Metele bölgәsindә  hәrbi bazaya sızmağa çalışan  76 terror tәşkilatı üzvlәrinin öldürüldüyü bildirilib.

Boko Haram qruplaşmasına ağır zәrbәlәr endirilib

Nigeriyada terror tәşkilatı Boko Haram üzvlәri ilә ordu arasında baş verәn qarşıdurma nәticәsindә 76 terrorçu öldürülüb.

Nigeriya ordusundan verilәn mәlumata görә,  ölkәnin Borno әyalәtinin Metele bölgәsindә  hәrbi bazaya sızmağa çalışan  76 terror tәşkilatı üzvünün öldürüldüyü bildirilib.

Ordu birliklәri ilә terrorçular arasında baş verәn qarşıdurma nәticәsindә 7 әsgәr hәlak olub, 16 әsgәr dә xәsarәt alıb.

Çadda isә ordu qüvvәlәri  ilә terror tәşkilatı Boko Haram arasında baş verәn qarşıdurma nәticәsindә 48 terrorçu öldürülüb. Qarşıdurma nәticәsindә 8 әsgәrin dә hәlak olduğu vurğulanıb.

Nigeriyada 2000-ci ildәn etibarәn hücumlar törәdәn terror tәşkilatı Boko Haramın hәyata keçirdiyi terror aktları nәticәsindә  indiyәdәk 20 mindәn çox adam hәlak olub.

Terror tәşkilatı Boko Haram 2015-ci ildәn etibarәn Kamerun, Çad vә Nigerdә terror aktları törәdir.

Terror tәşkilatının Çadda törәtdiyi hücumlar nәticәsindә indiyәdәk azı iki min nәfәr hәlak olub.



Әlaqәli Xәbәrlәr