• Video Qalereya

Tramp Ruhani ilə görüşmək istədiyini bildirdi

ABŞ Dövlət katibi Mayk Pompeo prezident Donald Trampın bu həftə keçiriləcək BMT-nin Baş Məclisinin 73-cü iclasında İran prezidenti Həsən Ruhani ilə görüş keçirmək istədiyini bildirdi.

Pompeo ABŞ TV kanalı “NBC”də iştirak etdiyi proqramda bugün keçiriləcək BMT-nin Baş Məclisinin 73-cü iclasına toxunaraq deyib ki, prezident Tramp hər an biri ilə görüş keçirməkdən məmnunluq duyar və bu mövzuda çox şəffafdır. Görüş istəyi İran lideri Həsən Ruhanidən gəlməlidir.  

Digər tərəfdən 140-dan artıq dövlət və hökumət rəhbərinə ev sahibliyi edəcək BMT Baş Məclisinin keçən ilki iclasında etdiyi çıxışda Şimali Koreyanı nüvə proqramına görə “məhv etməkdə” təhdid edən Trampın bu il isə İranı hədəf götürəcəyi gözlənilir.

Tramp həmçinin ilk dəfə ABŞ-ın BMT Təhlükəsizlik Şurasının sentyabr ayı növbəti sədri olduğuna görə 26 sentyabrda keçiriləcək “İran nüvə razılaşması və kütləvi qırğın silahları” mövzulu iclasına da başçılıq edəcək və “şura sədri” sifətilə sədrlik toxmağından istifadə edəcək.

Digər tərəfdən BMT-nin Baş Məclisinin iclasına qatılacağı rəsmi olaraq açıqlansa da Ruhaniyə Trampın “İrana qarşı həqarətləri”ni dinləməmək üçün Nyu-Yorka getməyəcəyinə dair təzyiqlər də artır.

Әlaqәli Xәbәrlәr