• Video Qalereya

Florence qasırğasının qurbanlarının sayı artır

Amerika Birləşmiş Ştatlarının şərq sahillərində tüğyan edən Florence qasırğasında həlak olanların sayı 17-yə yüksəldi.

Florence qasırğasının qurbanlarının sayı artır

 ABŞ Milli Qasırğa Mərkəzi Şimali və Cənubi Karolina ştatlarındakı qasırğanın sürətinin saatda 56 kilometrə qədər düşməsindən sonra "tropik depressiya" səviyyəsini elan etdi.
 
Rəsmilər Şimali və Cənubi Karolinada qasırğa nəticəsində həlak olanların sayının 17-yə yüksəldiyini bildirdi.
 
 Qasırğa zamanı bir çox evi su basdı.
 
 Hər iki əyalətdə bir milyondan çox insan elektriksiz qaldı.
 
 Şimali Karolinanın Uilminqton şəhərində şiddətli külək səbəbindən ağaclar aşdı, bir çox evi su basdı, sürücülər su altında qalan yollarda avtomobillərini idarə etməkdə çətinlik çəkdilər.
 
 Şəhər polisi  bir marketi və bir benzin stansiyasını qarət etmə şübhəsi ilə 6 nəfərin nəzarətə götürüldüyünü açıqladı.
 
 Fırtına səbəbindən 2 mindən çox təyyarə reysi ləğv edildi.
 
 10 milyon insanın həyatını iflic edəcəyi bildirilən qasırğanın 170 milyard dollarlıq zəzrər verəcəyi təxmin edilir.



Әlaqәli Xәbәrlәr