Sudanda yeni kabinet açıqlandı

Sudanda iqtidarda olan Milli Konqres Partiyası 21 federal nazir və 27 dövlət nazirindən ibarət yeni hökumətin qurulduğunu açıqladı.

Sudanda yeni kabinet açıqlandı

   Partiyanın sədr müavini Faysal Həsən İbrahim paytaxt Hartumda keçirdiyi mətbuat konfransında yeni nazirlərin bu axşam (14 sentyabr) Prezident Aparatında and içərək vəzifəyə başlayacaqlarını, nazirlər kabinetinin ilk iclasının isə bazar günü olacağını deyib.

  Qeyd edək ki, yeni hökumətdə Milli Konqres Partiyasına 10 nazirlik düşüb:

1)   Xarici İşlər naziri Əd-Dərdiri Məhəmməd Əhməd,

2)   Müdafiə naziri, general Avad ibn Avf,

3)   Prezident Aparatı İşləri naziri Fadl Abdulla Fadl və

4)   Federal Hökumət Divanı naziri Həmid Mümtaz daşıdıqları vəzifələrdə qalıb.

5)   Maliyyə və İqtisadi Planlaşdırma Nazirliyinə Abdulla Hamduk,

6)   Kənd Təsərrüfatı və Meşə Nazirliyinə Hasbu ən-Nəbi Musa Məhəmməd,

7)   Suvarma, Su Mənbələri və Elektrik Nazirliyinə Hıdır Məhəmməd Əzələm Kasm es-Sid,

8)   Neft, Qaz və Mədən Nazirliyinə Əzhəri Əbdülqadir,

9)   Təhsil Nazirliyinə Meşair əl-Əmin,

10)              Sosial Müdafiə və İnkişaf Nazirliyinə isə Sümeyye Əbu Kişevvə gətirilib.

  Hökumət ortağı olan digər partiyaların nümayəndələri isə

·        Daxili İşlər naziri,

·        Nazirlər Kabineti İşləri naziri,

·        Ədliyyə naziri,

·        Rabitə və İnformasiya Texnologiyaları naziri,

·        Heyvandarlıq, Balıqçılıq və Quru Həyatı naziri,

·        Nəqliyyat və Şəhərsalma naziri,

·        Sənaye və Ticarət naziri,

·        Ali Təhsil və Elmi Tədqiqat naziri,

·        Əmək, İnzibati İslahat və İnkişaf naziri oldu.

  Yeni hökumətdə bəzi nazirliklər tək bir ad altında toplaşaraq federal nazirlik sayı 31-dən 21-ə, dövlət departamenti sayı isə 47-dən 27-yə endirilib.

  Xatırladaq ki, Milli Konqres Partiyası 9 sentyabrda Bəkri Həsən Saleh başçılıq etdiyi milli uzlaşma hökumətinin buraxıldığını açıqlamışdı. Sudanda yeni təyin olunan vitse-prezidentlər Bəkri Həsən Saleh və Məhəmməd Yusif Kibir ilə baş nazir Mutez Musa isə 10 sentyabrda prezident Ömər əl-Bəşirin hüzurunda and içərək vəzifəyə başlayıblar



Әlaqәli Xәbәrlәr