Avropa Parlamenti Macarıstana sanksiya tətbiq etmək qərarı verdi

Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinin Macarıstana sanksiya proseduru açılması çağırışı edən hesabatı təsdiq etməsinə reaksiya göstərdi.

Avropa Parlamenti Macarıstana sanksiya tətbiq etmək qərarı verdi

  Macarıstan dövlət radiosu “Kossuth” radiosina müsahibəsində V.Orban Avropa İttifaqı - Macaristan münasibətlərinə toxunaraq deyib: “Macarıstan hökuməti 12 sentyabr Avropa Parlamentində qəbul olunmuş hesabatdakı iddiaları qəbul etmir. AP mühacir tərəfdarı kimi çıxış edir və Avropanın əhalisini dəyişdirməyə çalışır. Hesabatın qəbul edilməsi zamanı keçirilən səsvermədə bitərəf səslərin toplanması ilə AP öz qaydasını pozub. Bitərəf səslərin sayılmaması o deməkdir ki, hesabat üçün lazım olan əksəriyyətə təmin olunmayıb. Almaniya kansleri Angela Merkel Avropa ölkələrinə ultimatum verir, İttifaqın xarici sərhədini qoruyan ölkələrin səlahiyyətlərini almağa çalışır. Macarıstanın nizamsız köçkünlərin girişinə icazə verməməsinə görə sərhədqoruma hüququnun əlindən alınması planlaşdırılıb. Macarıstan sərhədinə yerli əsgər və mühafizə yerinə Brüsseldən nizamsız köçkünlərin keçidinə icazə verəcək pullu əsgərlər göndərmək istəyirlər.

  Xatırladaq ki, AP baş assambleyasaında 12 sentyabrda keçirilən səsvermədə hesabat 197 əleyhinə və 48 bitərəf səsə qarşı 448 lehinə səslə qəbul edilib. Hesabatda həmçinin Macarıstanın Aİ Şurasındakı səsvermə hüququndan məhrum edilməsi də sanksiyalara daxil edilib.



Әlaqәli Xәbәrlәr