ABŞ-da qasırğa öz təsirini göstərməyə başladı

Güclü Florence qasırğası Birləşmiş Ştatlarda Karolina sahillərinə çatıb, dəniz suyu sahil şəhərlərində küçələrə dolub, azı 80 min nəfərin elektriki kəsilib.

abd kasirga.jpg
abd kasirga florence.jpg

Güclü Florence qasırğası Birləşmiş Ştatlarda Karolina sahillərinə çatıb, dəniz suyu sahil şəhərlərində küçələrə dolub, azı 80 min nəfərin elektriki kəsilib.

Bir gün sonra Şimali Karolina- Cənubi Karolina sərhədi boyunca durumun daha da pisləşəcəyi bildirilib.

Küləyin sürəti rekord səviyyədə – saatda 128 kilometr olub.

Əslində, qasırğanın səngidiyi görünür, quruya yaxınlaşmazdan öncə saatda 225 kim sürətlə əsirdi.

Florence artıq 4-cü kateqoriyadan çıxarılıb, 2-ci kateqoriyaya salınıb. Rəsmilərsə sakinləri arxayınlaşmamağa çağırıb.

Fövqəladə xidmət əməkdaşları və təcili yardımın hazır gözlədiyi bildirilib.

Karolinanın sahil şəhərlərində yaşayanlar köçürülüb, məktəblərin çoxu, şirkətlər bağlanıb.

1500-dən çox hava reysi təxirə salınıb.

Qasırğaya görə yollarda da xəbərdarlıqlar diqqət çəkir.



Әlaqәli Xәbәrlәr