Suriya  Konstitusiya Komitәsinә aid iclasda birgә işçi qrupunun yaradılması qәrara alındı

Türkiyә, Rusiya vә İrandan olan  nümayәndә heyәtlәri Cenevrәdә BMT-nin nәzarәtindә keçirilәn Suriya  Konstitusiya Komitәsinә aid iclasda birgә işçi qrupunun yaradılması ilә bağlı qәrar qәbul edilib.

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, 10-11 sentyabr tarixlәrindә  İsveçrәnin Cenevrә şәhәrindә Suriya Konstitusiya Komitәsinә aid iclas keçirilib.

İşçi qrupu BMT ilә Konstitusiya Komitәsinin yaradılması ilә bağlı müzakirәlәri asanlaşdırmaq  üçün hәr üç ölkәnin mütәxәssislәrindәn ibarәt olacaq.

Xarici İşlәr Nazirliyindәn iclasdan sonra verilәn açıqlamada görüşlәrin  üç zәmanətçi  ölkәsi-Türkiyə-İran-Rusiya arasında texniki sәviyyәdә davam etdirilәcәyi bildirilib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan də Mistura  cümə günü "kiçik qrup" adlandırdığı Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və ABŞ nümayəndələri ilə görüşәcәk.

Steffan  Də Mistura sentyabrın 18-dә BMT Təhlükəsizlik Şurasına müraciət edərək iki gün davam edən görüşlər haqqında məlumat verəcək.

Suriyadakı vәtәndaş müharibәsini sona çatdırmaq üçün BMT Tәhlükәsizlik Şurasının  2254 nömrәli  qərarı çərçivəsində aparılan siyasi həll prosesi, keçid hakimiyyəti, konstitusiya, seçkilər və terrorizmlə mübarizədən ibarət 4 əsas başlıqdan ibarәtdir.

Soçidə 29-30 yanvar tarixlәrindә keçirilən Suriya Milli Dialoq Konqresindә Suriyanın yeni konstitusiyasını hazırlayacaq komitәnin yaradılmasına qәrar verilmişdi.

Әlaqәli Xәbәrlәr