Karen Pirs: "Prezident Ərdoğanın fikirlərinə tamamilə qoşuluruq"

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Pirs (Karen Pierce) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Wall Street Journal" qəzetində dərc olunan İdlib ilə bağlı məqaləsinə istinad edərək: "Prezident Ərdoğanın fikirlərinə tamamilə qoşuluruq" dedi.

Karen Pirs: "Prezident Ərdoğanın fikirlərinə tamamilə qoşuluruq"

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiyanın təşəbbüsü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Tehranda keçirdikləri üçtərəfli zirvə görüşünün nəticələrini və İdlibdəki prosesləri müzakirə etmək üçün toplantı keçirdi.
 
 İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Pirs (Karen Pierce) toplantıda çıxış edərək bunları söylədi: "Əsəd rejiminin və Rusiyanın İdlibə hücum etməsi, ya da Türkiyənin terrorçuları ayırd edərək, onlarla mübarizə etməsi arasında  seçim etməliyik. Türkiyənin İdlib üçün bir planı var, müxaliflər terrorçularla mübarizə edərkən rejim onlara hücum etməyəcək. Şura bunu müzakirə etməlidir".
 Karen Pirs prezident Ərdoğanın "Wall Street Journal" qəzetində dərc olunan İdlib ilə bağlı məqaləsinə istinad edərək: "Prezident Ərdoğanın fikirlərinə tamamilə qoşuluruq" ifadəsini işlətdi.
 
 ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli (Nikki Haley) də Rusiya və Əsəd rejiminin İdlibə hücumlarında çəllək bombaları və raketlərdən istifadə edildiyini, xəstəxanaların hədəfə alındığını bildirdi.
 
Heyli bunları qeyd etdi: "Rusya və İran Suriyada konstruktiv aktyorlar kimi etibarlarını nümayiş etdirmək üçün hər növ imkana malik idilər, amma bu imkanlara nə oldu? Özlərinin deeskalasiya zonaları razılaşmalarını gülünc və sistematik olaraq pozdular. İdlibə hər hansı bir hücum gərginliyi artıracaq. Əsəd, Rusiya və İran bu yolla davam etsələr, nəticələri dəhşətli olar. Astana danışıqları uğursuz oldu, zorakılığı dayandıra, siyasi prosesi dəstəkləyə bilmədi" deyə danışdı.
 
 Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre (François Delattre) də Suriyadakı böhrana siyasi həll tapılmadan ölkənin bərpasına dəstək verməyəcəklərini bildirdi.



Әlaqәli Xәbәrlәr