Cenevrədə Suriya Konstitusiya Komitəsinə aid toplantılar başa çatdı

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə zəmanətçi ölkələr -Türkiyə, Rusiya və İrandan olan rəsmilərin keçirdiyi Suriya Konstitusiya Komitəsinə aid toplantılar başa çatdı.

BMT-nin İsveçrədəki Cnevrə bürosunda keçirilən toplantılardan sonra Mistura və qatılan ölkələrdən heç bir açıqlama verilmədi.

Misturanın sentyabrın 18-də BMT Təhlükəsizlik Şurasını Cenevrə görüşləri haqqıında məlumatlandıracağı öyrənildi.

Cenevrədə iki gün davam edən toplantılarda Türkiyəni Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi heyət, Rusiyanı Sariya üzrə xüsusi nümayəndə Aleksandr Lavrentyev və Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin, İranı heyətini Xarici İşlər nazirinin müavini Hüseyn Cabiri Ensari təmsil etdilər.

BMT-nin xüsusi nümayəndəsi Mistura cümə günü "kiçik qrup" adlandırdığı Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, İngiltərə və ABŞ nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, zəmanətçi ölkələrin iyul ayında Rusiyada keçirdikləri toplantının yekun bəyannəməsində Konstitusiya Komitəsinin yaradılmasının əhəmiyyəti vurğulanmışdı.

Suriyada 7 ildir davam edən vətəndaş müharibəsinə son qoymaq üçün BMT-nin çətiri altında  keçid dövrü rəhbərliyi, konstitusiya, seçkilər və terrorizmlə mübarizədən ibarət 4 başlıq ətrafında görüşlər keçirilir.

Әlaqәli Xәbәrlәr