Antonio Quterreş: "Kifayət qədər əzab çəkmiş bu insanları qorumaq məsuliyyətimiz var"

BMT-nin Baş katibi Antonio Quterreş (Antonio Guterres) Türkiyə, Rusiya və İranı İdlibdə müharibənin qarşısını almaq və mülki vətəndaşların qorunması üçün heç bir səyi boşa çıxarmamağa çağırdı.

Antonio Quterreş: "Kifayət qədər əzab çəkmiş bu insanları qorumaq məsuliyyətimiz var"

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş (Antonio Guterres) BMT Baş Qərargahında jurnalistlərə açıqlamalar verdi.

Quterreş İdlibdə çox şeyin təhlükədə olduğunu bildirərək, qan çanağına çevrilmiş Suriyada geniş miqyaslı bir müharibədən imtina edilmədiyi təqdirdə daha əvvəl heç görünməmiş humanitar fəlakətin baş verəcəyi barədə xəbərdarlıq etdi.
 
 İdlibdə yaşayan təxminən 3 milyon insanın yarısının daha əvvəl evlərindən didərgün düşdüyünü xatırladan Quterreş:"Həyatları alt-üst oldu və gedəcək heç bir yeri yoxdur" dedi.
 
BMT-nin Baş katib İdlibdə terrorçuların mövcudluğuna da imkan verilməyəcəyini, terrorla mübarizə edərkən beynəlxalq öhdəliklərin də unudulmamasının vacibliyini vurğuladı.
 
 Açıq şəkildə bütün tərəflərə  müraciət etdiyini bildirən Quterreş  xüsusilə, Türkiyə, Rusiya və İranı İdlibdə müharibənin qarşısını almaq və mülki vətəndaşların qorunması üçün heç bir səyi boşa çıxarmamağa çağırdı.
 
 Suriyadakı böhrana siyasi həll tapılmasını hər fürsətdə təkrar edəcəyini bildirən Baş katib: "Kifayət qədər əzab çəkmiş bu insanları qorumaq məsuliyyətimiz var" dedi.



Әlaqәli Xәbәrlәr