Nigerə yük daşıyan 732 maşın qapalı qalıb

Mərkəzi Afrika ölkəsi Nigerə yük daşıyan 732 yük maşını Benində qapalı qalıb. Buna iki ölkə arasındakı körpüdə yaranan təxribat səbəb olub.

Nigerə yük daşıyan 732 maşın qapalı qalıb

Yerli məlumatlara görə, keçən həftə güclü yağışların yağması səbəbindən körpünün bəzi hissələrinə ziyan dəyib. Buna görə Nigerə yük daşıyan 732 maşın ölkəyə çata bilmir.

Niger idxalatçılar üzrə həmkarlar ittifaqının baş katibi Chaibou Tchombiano Nigerə təmizlik və tikinti məhsulları daşıyan 732 yük maşının yolda qapalı qaldığını, yolun açılmaması halında ölkədə qida probleminin də yaşana biləcəyini qeyd edib. O, Benin səlahiyyətlilərinə çağırış edib ki, yeni bir körpü salınana qədər yük maşınları Nigeriya marşrutunu istifadə  etsinlər. Ancaq bu seçim üç ölkənin razılaşmasını tələb edir.



Әlaqәli Xәbәrlәr