BMT Tәhlükәsizlik Şurası üçtәrәfli zirvә görüşünün nәticәlәrini müzakirә edәcәk

Bu barәdә BMT-dәki diplomatik mәnbәlәr mәlumat yayıb.

BMT Tәhlükәsizlik Şurası üçtәrәfli zirvә görüşünün nәticәlәrini müzakirә edәcәk

BMT Tәhlükәsizlik Şurası Suriyanın İdlib şәhәrindәki vәziyyәtlә bağlı Türkiyә, Rusiya vә İran prezidentlәrinin cümә günü İranın paytaxtı Tehranda  keçirdiyi zirvә görüşünün nәticәlәrini müzakirә etmәk üçün toplantı keçirәcәk.

Bu barәdә BMT-dәki diplomatik mәnbәlәr mәlumat yayıb. Mәlumata görә, BMT Tәhlükәsizlik Şurası bu gün yerli vaxtla saat 11.00-da (Türkiyә vaxtı ilә saat 18.00-da) toplantı keçirәcәk.

BMT-nin mәlumatına әsasәn,  Bәşәr Әsәd  rejimi vә Rusiyanın İdlib vә Xama şәhәrlәrinә endirdiyi zәrbәlәr nәticәsindә 30 mindәn çox adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb vә çox sayda adam da hәlak olub.

Qeyd edәk ki, İdlib vә әtrafındakı bәzi bölgәlәr  2017-ci ilin 4-5 may tarixlәrindә Qazaxıstanın paytaxtı Astanada Suriya ilә bağlı keçirilәn toplantıda deeskalasiya zonası elan edilmişdi.



Әlaqәli Xәbәrlәr